Medianews.az
14 yaşlı qız tualetdə doğduğu körpəni <span style=color:red> zibil qutusuna atdı
181 baxış

14 yaşlı qız tualetdə doğduğu körpəni zibil qutusuna atdı

Türkiyədə 14 yaşlı qız xəstəxana tualetində uşaq dünyaya gətirib, sonra isə onu zibil qutusuna atıb. Medianews.az xəbər verir ki, hadisə Karaman şəhərinin Təhsil və Araşdırma Xəstəxanasında baş verib. Hadisə təmizləyicinin zibil qutusunda körpə cəsədi tapması ilə üzə çıxıb. Polis tərəfindən saxlanılan qızın zorakılığa məruz qalıb-qalmaması ilə bağlı araşdırmalara başlanılıb. İlkin müayinədə körpənin doğulduqdan az sonra öldüyü müəyyən edilib. Doğum edən qız polislər tərəfindən nəzarətə götürülüb. Hadisə ilə bağlı məhkəmə və inzibati araşdırmalara başlanılıb. Medianews.az

Bizə qoşulun