Medianews.az
Konstitusiya Məhkəməsi: kim gedir, kim gəlir? - <span style=color:red>ADLAR
1,707 baxış

Konstitusiya Məhkəməsi: kim gedir, kim gəlir? - ADLAR

Rafael Qvaladze Konstitusiya Məhkəməsinin hakimi postunu tərk edir. Məlumat Medianews.az saytına etibarlı mənbədən verilib. Mənbənin xəbərinə görə, Rafael Qvaladzenin yerinə Xanlar Vəliyev hakim təyin olunacaq. Qeyd edək ki, Azərbaycanda Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olması üçün maksimal yaş həddi 75 yaşdır. Bu yaşa çatmış hakim Konstitusiya Məhkəməsinin yeni hakimi təyin olunanadək, lakin 6 aydan çox olmayan müddətdə vəzifələrini icra etməyə davam edə bilər. Rafael Qvaladzenin 76 yaşı var. Aprelin 10-da Prezident İlham Əliyev Rafael Qvaladzeni Azərbaycan Respublikasının məhkəmə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib. 70 yaşlı Xanlar Vəliyev bu il aprelin 8-dək Baş prokurorun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru vəzifəsində çalışıb. Rafael Qvaladzenin təqaüdə göndərilməsi, Xanlar Vəliyevin hakim təyin olunması məsələsinə aprelin 11-də Milli Məclisin iclasında baxılacaq. Qanunvericiliyə əsasən, Konstitusiya Məhkəməsinin hakimlərini Azərbaycan Prezidentinin təqdimatı ilə Milli Məclis təyin edir. Medianews.az

Bizə qoşulun