Medianews.az
105 istirahət, 19 bayram günü – <span style=color:red>Bu il daha neçə gün evdəyik?
935 baxış

105 istirahət, 19 bayram günü – Bu il daha neçə gün evdəyik?

2025-ci il üzrə rəsmi təqvim beşgünlük iş həftəsində 239 iş günü, iş günü hesab edilməyən 105 istirahət günü, iş günü hesab edilməyən 19 bayram günü nəzərdə tutub. İş günü sayılmayan dövlət bayramlarının dördü arxada qalıb: Yeni il 1-3 yanvarda, Qadınlar Günü 8 martda, Novruz və Ramazan 20-31 martda bayram olunub. Həm yanvar, həm də mart bayramlarında ardıcıllığı təmin etmək üçün iş və istirahət günlərinin yerləri dəyişdirilib. Medianews.az bildirir ki, qarşıda iş günü sayılmayan daha səkkiz bayram var. Qələbə Günü (9 may) cüməyə, Müstəqillik Günü (28 may) çərşənbəyə düşür. 6-9 iyunda (cümə-bazar ertəsi) Qurban bayramı, 15-16 iyunda (bazar-bazar ertəsi) Milli Qurtuluş Günü, 26 iyunda (cümə axşamı) Silahlı Qüvvələr Günü qeyd olunacaq. Zəfər Günü və Dövlət Bayrağı Günü 8-11 noyabrda (şənbə-çərşənbə axşamı) bayram olunacaq. Bayram təqvimi 31 dekabrda (çərşənbə) Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə yekunlaşacaq. Beşgünlük iş həftəsində 9, 16 iyun, 10 və 11 noyabr, altıgünlük iş həftəsində 16 iyun və 10 noyabr əlavə istirahət günləridir. Çünki Əmək Məcəlləsinə görə, iş günü hesab olunmayan bayram günləri şənbə və bazar günlərinə təsadüf edəndə əlavə istirahət günü verilir. Ölkənin üç dövlət bayramı iş günü sayılır. Bu il Müstəqilliyin Bərpası Günü (18 oktyabr) şənbəyə, Konstitusiya Günü (12 noyabr) çərşənbəyə, Milli Dirçəliş Günü (17 noyabr) bazar ertəsinə təsadüf edir. Medianews.az

Bizə qoşulun