30.03.2025, 21:57
207 baxış
Nailə
Azərbaycanda insanların düzldüyü bu uzun növbənin səbəbi nədir? - VİDEO
Qəbələnin Qəmərvan kəndində Ramazan bayramı ilə bağlı uzun illərdən bəri davam edən maraqlı adət-ənənə bu il də həyata keçirilib.
“Qafqazinfo” xəbər verir ki, bayram günü kəndlilər sıraya düzülüb bir-biri ilə bayramlaşırlar.
Məlumata görə, həmin gün küsülü olan həmkəndlilər də aralarındakı incikliyə son qoyurlar. Sakinlərin sözlərinə görə, bu maraqlı adət rayonun başqa kəndlərində də yayılıb.
Həmin görüntüləri təqdim edirik: