Medianews.az
"Shift" əvvəl hansı funksiyanı <span style=color:red>  yerinə yetirib?
155 baxış

"Shift" əvvəl hansı funksiyanı  yerinə yetirib?

Hamımız klaviaturada Shift düyməsini tez-tez istifadə edirik. Bu açarın mənşəyi və niyə "Shift" adlandığını heç düşünmüsünüzmü? Medianews.az xəbər verir ki, texnologiya mütəxəssisi Rayan Senenski “Shift” düyməsinin tarixinə üz tutaraq onun ilk istifadəsini və zamanla müasir cihazlara çevrildiyini izah edib. Videolarında illər əvvələ aid çap maşınları nümayiş etdirən Senenski 1990-cı illərdəki kompüterlərində hələ də eyni “Shift” düyməsinin olduğunu göstərib. O, hətta 1983-cü ilin Commodore 64 klaviaturasında da “Shift” düyməsinin olduğunu və o zamankı "Shift Lock" düyməsinin bugünkü Caps Lock funksiyasına uyğun gəldiyini qeyd edib. Mütəxəssis 1951-ci il istehsalı olan Adler çap maşınını göstərib və “Shift” düyməsinin mexanikasını izah edib. O dönəmdə klaviaturalarda böyük və kiçik hərflər ayı hissələrdə idi və “Shift” bu iki hissələrinin keçidini icra edib. Medianews.az

Bizə qoşulun