ASAN imza çətinə düşüb – Səbəb nədir? “Asan imza” yenə çöküb – “Sadəcə, biabırçılıqdır!” “Asan İmza”nın çöküşü: nə baş verir? – EKSPERT ŞƏRHİ “Asan İmza” problemi hansı qurumların ucbatından yaranıb?
05.03.2025, 09:48
225 baxış
Azad
“Asan İmza” problemi: Azercell-in cavabı
Bəlli olduğu kimi, bu həftənin əvvəlindən ölkədə “Asan İmza” ilə elektron xidmətlərə giriş qapanmışdı. Problemin mobil operatorlardan qaynaqlandığı bildirilirdi.
Məsələ aydınlıq gətirmək üçün Medianews.az Azercell mobil operatorunun mətbuat xidmətinə müraciət etmişdi.
Saytın sorğusuna Azercell belə cavab verib: “Məlumat üçün bildiririk ki, “Asan İmza” xidmətində bəzi əməliyyatların keçməsində müəyyən gecikmələr müşahidə olunurdu. Tərəfimizdən xidmətin fəaliyyətini təmin edən aidiyyəti qurumlar, tərəfdaş və xidmət təchizatçıları ilə dərhal əlaqə saxlanılmışdır. Görülmüş zəruri tədbirlər nəticəsində hazırda xidmətdən tam normal əsaslarla istifadə edilməsi imkanı təmin edilmişdir”.