27.02.2025, 10:25
142 baxış
Lamiyə
Rəqs etməyin inanılmaz FAYDALARI
“Musiqili və ya musiqisiz ritmik hərəkətlər elastiklik və tarazlığı, həmçinin ürək və psixi sağlamlığı yaxşılaşdırır”
Medianews.az xəbər verir ki, bunu endokrinoloq Zuxra Pavlova deyib.
Pavlova bildirib ki, alimlər 18-83 yaş arası müxtəlif səviyyəli rəqs təcrübəsi olan 48 nəfərin iştirakı ilə eksperiment aparıblar. Bütün könüllülərdən beş dəqiqə ərzində rahat bir ritmdə rəqs etmələri tələb olunub. Bu müddət ərzində tədqiqat müəllifləri onların nəbzini, fiziki fəaliyyət səviyyəsini və qan oksigen səviyyələrini ölçdülər.
Endokrinoloq vurğulayıb ki, rəqs eksperimentinin bütün iştirakçıları fiziki fəaliyyətin ən azı orta intensivliyinə nail olublar.
"Nəzərə alsaq ki, fiziki fəaliyyətin tövsiyə olunan səviyyəsi həftədə 150 dəqiqədir, buna nail olmaq üçün hər gün ən azı 20-30 dəqiqə rəqs etmək kifayətdir", - həkim qeyd edib.
Medianews.az