27.02.2025, 07:37
124 baxış
Azad
Buzlu yolda şou göstərmək baha başa gəldi
Son günlər ölkə ərazisindəki qarlı hava sürücülərin qayda pozmasına şərait yaradı. Avtosfer.az xəbər verir ki, buzlu yollarda əksər sürücülər müxtəlif hərəkətlər edərək şou göstərirlər. Bunu isə videoya çəkib, sosial şəbəkədə paylaşaraq izləyici kütləsi yığmağa çalışırlar.
Buzlu yolda sərt manevrlər edərək əylənən sürücülərdən bir neçəsinin qəzaya düşməsi də qaçılmaz olub. Həmin sürücülərdən birinin videosu sosial şəbəkədə yayılıb.
Belə ki, 99-TR-127 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü sükanı fırladaraq maşını yan üstə sürüşüdürmək istəyirdi. Lakin hadisə sürücüyə baha başa gəlib. O, yolun kənarında dayanmış "Ford" markalı yük avtomobilinə çırpılaraq qəzaya səbəb olub. Hadisə nəticəsində hər iki avtomobilə maddi ziyan dəyib.