Medianews.az
“Turan Tovuz” “Şamaxı”nın, “Zirə” “Kəpəz”in <span style=color:red>qonağı olacaq
201 baxış

“Turan Tovuz” “Şamaxı”nın, “Zirə” “Kəpəz”in qonağı olacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV tura yekun vurulacaq. Publika.az xəbər verir ki, günün ilk oyununda “Şamaxı” doğma meydanda “Turan Tovuz”u qəbul edəcək. Qarşılaşmanı baş hakim Kamal Umudlu idarə edəcək. Tovuz təmsilçisi “Şamaxı” ilə keçirilən bütün oyunlarda qol vurub, həmçinin səfərdə məğlub olmayıb. “Turan Tovuz” hazırda 39 xalla 4-cü, “şirlər” isə 21 xalla 8-ci pillədə qərarlaşıb. Turun son görüşü “Kəpəz” və “Zirə” arasında olacaq. Tovuz şəhər stadionda keçiriləcək oyunda ədaləti Rauf Cabarov qoruyacaq. Gəncə klubu “qartallar”ı son 14 oyunda məğlub edə bilməyib, axırıncı 4 oyunun hamısında isə uduzub. “Kəpəz” 19 xalla 9-cu, “Zirə” isə 42 xalla 3-cü pillədədir. Qeyd edək ki, turun digər oyunlarında “Neftçi” evdə “Sumqayıt”ı 1:0 məğlub edib, “Araz-Naxçıvan” “Səbail”lə 0:0, “Qarabağ” “Sabah”la 1:1 hesablı heç-heçəyə razılaşıb. Azərbaycan Premyer Liqası XXIV tur 23 fevral   14:30. "Şamaxı" – "Turan Tovuz" Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Şirmamed Mamedov, Kamran Əliyev VAR: Rauf Allahverdiyev AVAR: Pərvin Talıbov Hakim-inspektor: Feyzulla Feyzullayev AFFA nümayəndəsi: Məmmədəli Məmmədov Şamaxı şəhər stadionu 17:00. "Zirə" – "Kəpəz" Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Teymur Teymurov, Elçin Məsiyev VAR: Cavid Cəlilov AVAR: Kamran Bayramov Hakim-inspektor: Əmrah İbrahimov AFFA nümayəndəsi: Zümrüd Ağayeva Zirə İK stadionu

Bizə qoşulun