23.02.2025, 09:45
90 baxış
Nailə
Mingəçevirdə yol qəzası - xəsarət alanlar var
Mingəçevirdə iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli müxbiri xəbər verir ki, "Mercedes" və "VAZ-21099" markalı minik maşınlarının toqquşması nəticəsində ikinci avtomobilin sürücüsü Tofiq Musayev və onun sərnişini Günay Aşurova xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Mingəçevir şəhər polis şöbəsində araşdırma aparılır.
Paylaş: