Medianews.az
“Televiziya kanalları heç maraqlanmır ki, bəstəkar nə yazıb-pozur?” - <span style=color:red>Cavanşir Quliyev
236 baxış

“Televiziya kanalları heç maraqlanmır ki, bəstəkar nə yazıb-pozur?” - Cavanşir Quliyev

“Mənim bu gün xalq artisti Aygün Kazımova ilə də, Brilliant Dadaşova ilə də yaradıcılıq əlaqələrim davam edir. Aygün Kazımova üçün ötən il televiziya tamaşasına görə iki mahnı yazdıq. Bir-iki planlarımız da var. Brilliant xanım üçün yazdığım mahnı da hazırdır, sadəcə olaraq studiyaya girib oxumalıdır. Mahnı Bakı haqqındadır. Buna romans da demək olar. Sadəcə olaraq bu gün zaman dəyişdikcə üslub da dəyişir. Müğənnilərin də üslubu dəyişir, yenilənir. Yazılan əsərlərin təbliğatı indi başqa cürdür. Bizim gəncliyimizdə təbliğatla yalnız televiziya və radio məşğul olurdu, indi isə yutub məşğuldur. Zəmanənin dəyişməsini nəzərə almaq lazımdır. İndi hər şey internetdə həll olunur. İnternetə də daxil olmasan heç nə bilməzsən. Keçmişdə televiziya adamın evinə gəlirdi. İndi sən gərək ya konsert salonuna gedəsən, ya da internetə girəsən” Bunu Medianews.az-a özəl açıqlamasında bəstəkar, Əməkdar İncəsənət xadimi Cavanşir Quliyev deyib. O daha sonra əlavə edib: “Mənə sual verirlər ki, Azərbaycan musiqisini bu böyük bəladan necə xilas edək? Həqiqətən də vəziyyət həyəcanvericidir. Televiziyaların standart anlayışı dəyişməlidir. Televiziya və radiolar heç maraqlanmır ki, kim nə yazıb, nə pozub? Heç kəsdən soruşmurlar. Heç elə tip verilişlər də yoxdur. Köhnə konsertləri verirlər”. Bəstəkarlar İttifaqının statusu artırılmalıdır. Ümumiyyətlə yaradıcı ittifaqların statusuna yenidən baxılmalıdır. Mən 1976-cı ildən Bİ-nin üzvüyəm. Uzun illər idarə heyətində də olmuşam. Münasibətlər yaxşıdır, tədbirlərinə də mümkün qədər gedirəm". Bəstəkar gənc müğənnilərin “hansı bəstəkardan mahnı istəyiriksə 3-4 min pul oxuyur” sözlərinə də cavab verib: “Mən heç vaxt, heç kimdən mahnıya görə 3-4 min manat istəməmişəm. Kiminlə işlədimsə hamısına pulsuz-parasız mahnı hədiyyə etdim. Hətta şəxsi studiyamda da mahnıları yazdım”. Əli Əsgər Medianews.az

Bizə qoşulun