Medianews.az
Sumqayıtda yataqxana yanğın: <span style=color:red>11 nəfər təxliyə edildi - VİDEO
119 baxış

Sumqayıtda yataqxana yanğın: 11 nəfər təxliyə edildi - VİDEO

Sumqayıt şəhəri, 41-ci məhəllədə yataqxana binasında yanğın hadisəsi baş verib. Bu barədə Medianews.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri əraziyə cəlb olunub: Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsinin ümumi dəhlizində quraşdırılmış elektrik lövhəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Təhlükəsizlik tədbirləri çərçivəsində 5-i uşaq olmaqla 11 nəfər bina sakini təxliyə edilib. Yanğın nəticəsində 6 ədəd sayğac, 6 ədəd qoruyucu açar və 5p.m. elektrik kabeli yanıb. Mənzillər və yataqxana binası yanğından mühafizə olunub.

Bizə qoşulun