18.01.2025, 13:09
213 baxış
Lamiyə
İranda öldürülən hakimlərin kimliyi AÇIQLANDI - YENİLƏNİB
Bu gün Tehranın Ərk meydanında güllələnən İran Ali Məhkəməsi hakimlərinin kimliyi açıqlanıb.
Axar.az xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.
Bildirilib ki, silahlı hücum nəticəsində Ali Məhkəmənin 53 saylı şöbəsinin müdiri Məhəmməd Müqəyseə və Ali Məhkəmənin 39 saylı şöbəsinin müdiri Əli Razini hadisə yerində ölüb, Miri soyadlı hakim və onun mühafizəçisi isə ağır yaralanıb.
İran Ali Məhkəməsinə yaxın media qurumları hadisənin əvvəlcədən planlaşdırılmış terror aktı olduğunu yazıb.
Güllələnən hər üç hakim "terror", "casusluq" və "ölkənin milli təhlükəsizliyinə qarşı fəaliyyət" ittihamlarına görə saxlanılan məhkumları mühakimə ediblər.
Qeyd edək ki, hakimlərin güllələyən şəxsin hadisə yerində intihar etdiyi bildirilib.
13:11
Tehranda Ali Məhkəmənin üç hakiminə silahlı hücum edilib.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı “Tehran Times” məlumat yayıb.
Bildirilib ki, silahlı hücum nəticəsində 2 hakim ölüb, digəri isə yaralanıb.
Hücumu törədən şəxs isə atışmadan sonra özünü öldürüb.