Medianews.az
Bakıda 6 kiloqramlıq <span style=color:red>körpə doğuldu - FOTO
189 baxış

Bakıda 6 kiloqramlıq körpə doğuldu - FOTO

Bakıda Kliniki Tibbi Mərkəzin Doğum-Ginekologiya şöbəsində 6 kq çəkidə körpə dünyaya gəlib. Medianews.az xəbər verir ki, bu barədə xəstəxananın mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, yanvarın 10-da saat 20:30 tarixində Kliniki Tibbi Mərkəzin Doğum-Ginekologiya şöbəsində çəkisi 6 kq, boyu 58 sm olan qız uşağı dünyaya gəlib. “Ginekologiya şöbəsinin mama-ginekoloqu Solmaz Mehdiyevanın həyata keçirdiyi təbii doğuşla dünyaya gələn körpə müddətinə görə iriçəkili uşaq hesab olunur. Hipoksiya ilə doğulan körpə N-SPAP və süni tənəffüs aparatlarına qoşulub. Müalicələr nəticəsində körpənin səhhətində müsbət dinamika qeyd olunub. Ananın və körpənin vəziyyəti stabil qiymətləndirilir”, - məlumatda bildirilib.

Bizə qoşulun