15.01.2025, 12:15
182 baxış
Lamiyə
Kaliforniyada iki yeni yanğın ocağı qeydə alındı
ABŞ-nin Kaliforniya ştatının cənubunda iki hissədə yeni yanğın ocağı aşkar edilib.
Qafqazinfo xəbər verir ki, ocaqlar Riversayd bölgəsində qeydə alınıb.
Məlumata görə, San-Dieqoda da yanğın riski böyükdür.
Onu da qeyd edək ki, Kaliforniyada yanvarın 7-dən davam edən meşə yanğınları nəticəsində həlak olanların sayı 25 nəfərə çatıb.