Medianews.az
“40 yaşından sonra görürsən ki, sənin yerinə daha <span style=color:red>gənc aktrisa səhnəyə gəlir, onu seçirlər”- FOTOLAR
230 baxış

“40 yaşından sonra görürsən ki, sənin yerinə daha gənc aktrisa səhnəyə gəlir, onu seçirlər”- FOTOLAR

“Aktyor, aktirsa ömrünün sonuna qədər səhnədə, çəkiliş məkanında olmalıdır” “40-dan sonra ümumiyyətlə belə deyirlər ki, insanların həyatında ikinci mərhələ başlayır. İnsanlar 40 yaşından sonra həyata tamam başqa cür baxırlar. Xanımlar da ələxsus. Çünki 40-dan sonra bəzən deyirsən ki, gözəlləşirəm, bu ağlım daha gənc yaşımda olardı. 40-dan sonra yəqin ki, tam başqa bir həyat başlayır. Mən özüm də 40 yaşı keçmişəm. Ona görə də mən də həyata tam başqa cür baxıram. Aktrisaların həyatında da 40-dan sonra çətin dönəm başlayır. Çünki aktrisalar 40 yaşına qədər daha gənc rolları oynayırlar, səhnədə daha tələbatlı olurlar. Amma yavaş-yavaş görürsən ki, sənin əvəzinə daha gənc aktrisa səhnəyə gəlir, nəsillər bir-birini əvəz edir. Əlbəttə ki, əgər aktrisa hər zaman tələbatlıdırsa o, hər rolu oynaya bilər” Bunu Medianews.az-a açıqlamasında tanınmış aktrisa Zümrüd Qasımova deyib. O daha sonra bu günlərdə təqdimatı olan “40-dan sonra” filmində oynadığı xarakterdən də danışıb: “Bu filmdə mənim canlandırdığım obraz da aktrisa idi. İki aktrisa evdə dərdləşir, gənclik illərini xatırlayırlar. Mən də kastinqdən gəlmişəm, nədənsə məni seçməyiblər. Daha gənc aktrisaya tələbatın olduğunu deyiblər. Mən də oturub daha məşhur vaxtlarımı xatırlayıram ki, gənclikdə mənə necə tələbat var idi? Anna Kareninanı oynadığım illəri, səhnədən qucaqdolusu güllə çıxdığımı, tamaşaçıların alqışını və s. illər göz önümdən keçir. Bütün bunları xatırlayandan sonra məişət problemlərim yadıma düşür. Uşaqların məktəb xərcləri, atamın dərman pulu və s. Və düşünürəm ki, əslində bu rola çəkilsəydim yaxşı qonorar qazanıb bir çox problemlərimi həll edə bilərdim. Filmin senari müəllifi Səidə Haqverdiyeva və Sevda Sultanovadır, rejissoru Səidə Haqverdiyeva, redaktoru Həmidə Rüstəmovadır. Tərəf müqabilim də sevimli aktrisamız Gülçöhrə Hüseynovadır. Bu qadın filmidir. Səidə xanım hər zaman qadın mövzularına daha çox toxunur” deyə aktrisa bildirib. Zümrüd Qasımova “Aktyorlarda, aktrisalarımızda niyə unudulmaq qorxusu var?” sualına belə cavab verib: “İnsan o zaman unudulur ki, xatirələrdən silinir. Ona görə də çalışmaq lazımdır ki, nə xatirələrdən silinəsən, nə də yaradıcılığın dayansın. Mütləq öz üzərində işləməlisən ki, daha böyük və gözəl işlər görəsən. Hər bir aktyorun, aktrisanın unudulmaq qorxusu var. Əlbəttə ki, bu 60-65 yaşdan sonra baş verir. Bu yaşdan sonra daha çox mübarizə aparırsan ki, səhnədə olasan. Mən düşünürəm ki, aktyorun yeri ömrünün sonuna qədər səhnə və çəkiliş məkanıdır” deyə aktrisa bildirib. Əli ƏSGƏR

Bizə qoşulun