Medianews.az
Bakıda xəncərlə mühafizəçiyə hücum edən şəxs <span style=color:red>SAXLANILDI - VİDEO/VİDEO
117 baxış

Bakıda xəncərlə mühafizəçiyə hücum edən şəxs SAXLANILDI - VİDEO/VİDEO

"Capital Towers" yaşayış kompleksində mühafizəçiyə xəncərlə hücum edən şəxs saxlanılıb. Medianews.az xəbər verir ki, bu məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin baş inspektoru polis leytenantı Elbrus İbrahimov verib. "Görüntüdə əks olunan hadisə qonşular arasında mübahisədir. Həmin şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırma aparılır", - deyə açıqlamada vurğulanır. Bakının mərkəzində yerləşən "Capital Towers" yaşayış kompleksində dəhşətli hadisə baş verib. Medianews.az oxu.az-a istinadla xəbər verir ki, bina sakinləri 20-ci mərtəbənin foyesində narkotik maddə istifadə edən iki nəfəri görüb və dərhal mühafizəçiyə xəbər veriblər. Mühafizəçi hadisə yerinə çatanda narkotikin təsiri altında olan şəxslərdən aşağı enməyi tələb edib. Lakin onlar bu tələbə məhəl qoymayaraq, mühafizəçini söyməyə və döyməyə başlayıblar. Vəziyyətin nəzarətdən çıxdığını görən mühafizəçi özünü 1-ci mərtəbəyə çatdırmağa çalışıb. Ancaq əlində xəncər olan narkomanlardan biri ona hücum edib. Həmin görüntüləri təqdim edirik:

Bizə qoşulun