Medianews.az
21 nəfər bu partiyanın səlahiyyətli <span style=color:red>nümayəndəsi oldu
95 baxış

21 nəfər bu partiyanın səlahiyyətli nümayəndəsi oldu

Vətəndaş Həmrəyliyi Partiyasından bələdiyyə seçkiləri üçün səlahiyyətli nümayəndələrin adları MSK-ya təqdim edilib. “Qafqazinfo” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova komissiyanın bu gün keçirilən iclasında bildirib. “Təqdim edilmiş şəxslər partiyanın səlahiyyətli nümayəndəsi kimi qeydə alınıb. VHP-dən bələdiyyə seçkilərində 21 nəfər şəxs səlahiyyətli nümayəndə, 1 nəfər şəxs isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilib”. Qeyd edək ki, ölkə üzrə bələdiyyə seçkiləri 2025-ci ilin yanvarın 29-da keçiriləcək.

Bizə qoşulun