Medianews.az
Aİ-dən Gürcüstana xəbərdarlıq: "Rusiyaya yaxın olmaqla mümkün deyil"
67 baxış

Aİ-dən Gürcüstana xəbərdarlıq: "Rusiyaya yaxın olmaqla mümkün deyil"

"Həm Rusiyaya yaxın, həm də Avropa İttifaqına (Aİ) üzvü olmaq mümkün deyil". Medianews.az xəbər verir ki, bu barədə Aİ xarici siyasət xidmətinin rəhbəri Cozef Borrel bildirib. “Gürcüstana “Xarici təsirin şəffaflığı haqqında” qanunu ləğv etmək üçün konkret plan təklif etmişik”, - Borrel deyib. O, növbəti dəfə Gürcüstanın “Xarici agentlər haqqında” qanununu tənqid edib. Baş diplomat qeyd  edib ki, həm Rusiyaya yaxın, həm də Aİ üzvü olmaq mümkün deyil. “Gürcüstan hökumətindən istək olarsa, Brüssel yenidən Aİ ilə yaxınlaşmaq üçün aydın yol təklif edəcəyik. Son aylarda Gürcüstan hakimiyyəti tərəfindən konsolidasiya edilmiş tendensiya görürük. ölkə Avropa yolundan, onun dəyərlər və prinsiplərindən uzaqlaşır. Yaxın günlərdə baş verəcək hadisələri izləmək, seçkilər və müşahidə missiyasının aşkar etdiyi qanun pozuntularının araşdırılmasını gözləmək çox vacibdir”, - deyə Borrel söyləyib. Ayşən

Bizə qoşulun