09.10.2024, 16:20
102 baxış
Redaksiya
Şokalad insanın əhval-ruhiyyəsinə necə təsir edir?
Tədqiqatlar göstərib ki, şokoladın az miqdarda qəbulu insanın rifahına müsbət təsir göstərə bilər.
Medianews.az xəbər verir ki, bu barədə “The Journal of Nutrition” jurnalında məqalə dərc edilib.
Müxtəlif araşdırmalar tünd şokoladın faydalarını göstərib.
“Hər gün az miqdarda tünd şokolad yeməyin LDL xolesterinin səviyyəsini aşağı sala bilər. Amerika Nevrologiya Akademiyasının illik toplantısında dərc edilən bir araşdırma, tünd şokolad yeməyin insultdan ölüm riskini demək olar ki, 50% azaltdığını göstərib. Həftədə ən azı bir dəfə tünd şokolad yemək yaddaş, düşüncə və idrak funksiyalarını yaxşılaşdıra bilər”,- nəşr yazır.
Tünd şokoladın tərkibində emosional vəziyyəti tənzimləyən, əhval-ruhiyyəni yaxşılaşdıran neyromodulyator olan feniletilamin kimi psixoaktiv maddələr var.
Ayşən