08.10.2024, 15:46
61 baxış
Nailə
Polis maskalı adamın axtarışında: Kameraya düşüb... – FOTO
Almaniyanın Dortmund şəhərində sürət həddinin 80 km/saat olduğu yolda 91 km/saat sürətlə hərəkət edən avtomobil yolda mobil sürət kamerasına düşüb.
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, kənardan adi görünən vasitənin sürücü oturacağında “Cookie Monster”in əyləşməsi ölkədə gündəm mövzusuna çevrilib.
Polis Sesame Street-in məşhur personajı Cookie Monster-i tutmaq üçün işə başlayıb.
Maska olduğu ortaya çıxan görüntü polis hesabatlarında “Muppet Show və ya Sesame Street-dən bir personajın maskasını taxan sürücü” olaraq qeyd edilib.
Sürət kamerasındakı avtomobilin dövlət nömrə nişanından məlum olub ki, onun sahibi 57 yaşlı Hagendən olan kişidir. Lakin polis maskalı şəxsin nəqliyyat vasitəsinin sahibi olub-olmadığını hələlik bilmir.
Açıqlamaya görə, Cookie Monster sonunda görünməsə, cəriməni nəqliyyat vasitəsi sahibi ödəyəcək.
Medianews.az