12.05.2024, 07:56
58 baxış
Azad
Bakıda piyadanı avtomobil vurub
Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Medianews.az APA-ya istinadla xəbər verir ki, qəza metronun “Gənclik” stansiyasının yaxınlığında qeydə alınıb.
Minik avtomobili yolu keçməkdə olan piyada Əziz Quliyevi vurub.
Yaralı xəstəxanaya yerləşdirilib.
Hazırda vəziyyəti ağır qiymətləndirilir.