Medianews.az
Ərdoğan bu qədər səs toplayacaq – <span style=color:red>Diqqətçəkən proqnoz
80 baxış

Ərdoğan bu qədər səs toplayacaq – Diqqətçəkən proqnoz

“Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan mayın 28-də keçiriləcək prezident seçkisinin ikinci turunda səslərin 53,7 faizini toplayacaq. Metbuat.az “Hürriyet”ə istinadən xəbər verir ki, bunu Türkiyə Araşdırmalar Fondunun keçirdiyi sorğu göstərir. Sorğuda ölkənin 26 vilayətindən olan ümumilikdə 3 mindən çox insan iştirak edib. Qeyd edək ki, Türkiyədə mayın 14-də keçirilmiş prezident seçkisinin birinci turunda Ərdoğan 49,51 faiz, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu isə 44,88 faiz səs toplayıb.

Bizə qoşulun