Medianews.az
Bakıda avtomobil yandıran şəxs tutuldu
67 baxış

Bakıda avtomobil yandıran şəxs tutuldu

Bakıda avtomobilin üzərinə benzin tökərək yandıran şəxs saxlanılıb. Medianews.az  DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 26-da saat 10 radələrində Suraxanı rayonunun Ramana qəsəbəsində bir nəfərin “Opel” markalı avtomobilin üzərinə benzin tökərək yandırması barədə polisə məlumat daxil olub. Suraxanı RPİ 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə F.Bayramova məxsus avtomobili yandırmaqda şübhəli bilinən qəsəbə sakini olan Səbuhi Heydərzadə müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Bizə qoşulun