09.06.2022, 11:10
322 baxış
TURAN
Ukrayna: Müharibə başlayandan bəri 31.700 rus əsgəri həlak olub
Rusiya-Ukrayna müharibəsinin davam etdiyi vaxtda, Ukrayna Baş Qərargahı Rusiya ordusunun itkiləri ilə bağlı yeni açıqlama verib.
Medianews.az xəbər verir ki, bəyanatda bildirilir ki, müharibə başlayandan indiyədək 31 700-ə yaxın rus əsgəri həlak olub.
Bəyanatda həmçinin 1398 tank, 3438 zirehli texnika, 711 artilleriya sistemi, 213 reaktiv yaylım atəş sistemi, 96 zenit-döyüş sistemi, 212 təyyarə, 178 helikopter, 2421 motorlu nəqliyyat vasitəsi və yanacaq tankeri, 13 qayıq, 56 pilotsuz təyyarə də əlavə edilib. Rusiya ordusunun təyyarəsi, 53 xüsusi təyinatlı bölməsi və 125 qanadlı raketin məhv edildiyi bildirilib.
Leyla, Medianews.az