Medianews.az
Soma faciəsi qurbanlarının ailələrinə yardım edən şagird danışdı – VİDEO
387 baxış

Soma faciəsi qurbanlarının ailələrinə yardım edən şagird danışdı – VİDEO

usaq1 Məktəbin direktoru 9 yaşlı Mehdinin hərəkətini nümunəvi hesab edir. Cəmi 9 yaşı var, həyatı yenicə dərk etməyə başlayır. Amma Mehdi Məmmədli məhz bu yaşında çoxlarına nümunə ola biləcək bir addım atıb... Türkiyədə Soma rayonunda baş verən mədən faciəsi onun uşaq ürəyini də ağrıdıb. Dəhşətli hadisədən təsirlənən uşaq bir məktub yazıb, duyğularını ifadə edib. Xırdalanda 3 saylı məktəb-liseydə oxuyan Mehdi Məmmədli məktubu yazarkən valideynləri ona heç nə diqtə etməyiblər. Ancaq 9 yaşlı məktəbli məktubla kifayətlənməyib, atasının verdiyi gündəlik cib xərcliyini də toplayaraq faciə qurbanlarının ailəsinə göndərib. Məktub və pul Türkiyəyə göndərilməsi üçün atası tərəfindən aidiyyatı qurumlara çatdırılıb. Mehdinin anası Aynur Şamilzadə övladının bu xeyirxahlığına çox sevinir. Məktəbin direktoru və Mehdinin sinif rəhbəri də şagirdlərinin faciə qurbanlarının yaxınlarına mənəvi dayaq durmasını nümunəvi hesab edirlər. Xəzər TV https://www.youtube.com/watch?v=eNOXy9nf-PI

Bizə qoşulun