Medianews.az
Aqressiv və təhlükəli –
60 baxış

Aqressiv və təhlükəli – özbək arıları ilə bağlı ciddi xəbərdarlıq

Rusiyada karantin nəzarətindən keçməyən özbək arıları ilə dolu yük maşınının bir aydır axtarıldığı bildirilir.

Medianews.az Musavat.com-a istinadla xəbər verir ki, Rusiya mediasının yaydığı məlumata görə, arıçılar həmin arıların təhlükəli infeksiyalar və parazitlər daşıya biləcəyindən narahatdır.

Bildirilir ki, bu xəstəliklər bütöv arı ailələrinin məhvinə səbəb ola bilər. Rusiya mənbələri özbək arılarının daha aqressiv olduğunu da iddia edir. Onların sancmasının bəzi hallarda ağır allergik reaksiyalar yaratdığı vurğulanır.

Bizə qoşulun