Türkiyənin Tekirdağ şəhərində dəhşətli cinayətin üstü açılıb.
Medianews.az xəbər verir ki, Tekirdağın Çerkezköy rayonundakı fabrikdə çalışan Tolgahan Atsız Qırğızıstan əsilli Ayat Adsızla evlənərək anası Seher və təqaüdçü atası Fehmi Adsızla eyni evdə yaşamağa başlayıb.
İddialara görə, 2 övladı olan Qırğızıstan əsilli Ayat Adsız ilə oğlunun evlənməsinə qarşı çıxan Seher və Fehmi Adsız arasında vaxtaşırı mübahisə yaşanıb.
Ayət hücumdan qorunmağa çalışarkən ikisi arasında qarşıdurma yaranıb. Fehmi Adsız gəlinini 16 yerdən bıçaqlayaraq öldürüb.
Daha sonra mişarla qollarını və ayaqlarını kəsərək evlərinin qarşısında saxladıqları maşının yük yerində zibil torbalarına qoyub.
Fehmi Adsız hamamda gəlininin bədəninin digər hissələrini kəsə bilməmiş, həyat yoldaşı Seher Adsız evə gəlib.
Ərinin onu bıçaqlayaraq öldürdüyünü deməsinin ardından Seher Adsız vəziyyəti qonşularına bildirdikdən sonra polisə məlumat verilib. Nəzarətə alınan Fehmi Atsız həbs olunduqdan sonra Çorlu 2-ci Ağır Cəza Məhkəməsində ömürlük həbslə ittiham edilib.
Fehmi Adsız müdafiə çıxışında oğlunun onların razılığı olmadan Ayat Adsızla evləndiyini və bu səbəbdən oğlu ilə münasibətlərinin çox yaxşı olmadığını bildirib. Gəlinin oğluna qayğı ilə yanaşmamasını və onlarla yola getməməsini əsas gətirərək öldürdüyünü bildirib.
Medianews.az