Fransız səlahiyyətliləri delikates məhsullarında istifadə edilən maddələrlə xərçəng arasında əlaqə olduğunu etiraf ediblər.
Medianews.az xəbər verir ki, Fransanın səhiyyə nəzarəti agentlikləri və mütəxəssisləri emal edilmiş ətlərdə istifadə edilən nitrat və kolon xərçəngi arasında əlaqə olduğunu təsdiqləyiblər.
Fransanın milli qida təhlükəsizliyi agentliyi olan Ansesin açıqlamsında bildirilir: “Biz qidada istifadə olunan nitratların istehlakını azaltmağı tövsiyə edirik. Bir çox qida məhsulunda istifadə edilən nitrat, xüsusilə delikates məhsullarının saxlama müddətini uzatmaq və dadını yaxşılaşdırmaq üçün istifadə edilir”.
Dünyanın ən böyük delikates məhsulları istehsalçısı kimi tanınan Fransada bu qərar sürpriz yaradıb. Fransa hökuməti bu il nitrat tipli məhsulların istifadəsini məhdudlaşdıran bir fəaliyyət planı hazırlayacaqlarını açıqlayıb.
Fransa Səhiyyə Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin birgə bəyanatında “bu, lazımsız məhsulların məhdudlaşdırılmasının qarşısını tamamilə alır. Bu məhsullar istehlakçının sağlamlığını düşünəcək şəkildə azaldılmalıdır”,-deyə bildirilib.
Xatırladaq ki, 2015-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı analoji araşdırma aparıb və onun nəticələrini ictimaiyyətlə bölüşüb. Ümumdünya Səhiyyə Təşkilatı emal olunmuş ətlərin tərkibində kanserogen maddələr olduğunu müəyyən edib.
Leyla, Medianews.az