Medianews.az
Şəmkirdə iki minik avtomobili toqquşub,<span style=color:red>  ölən var - FOTO
154 baxış

Şəmkirdə iki minik avtomobili toqquşub, ölən var - FOTO

Xəbərə foto əlavə edilib.
*** saat 12.21 Şəmkirdə toqquşan iki minik avtomobilindən biri Türkiyə vətəndaşına məxsus olub. APA-nın xəbərinə görə, "VAZ 2106" markalı minik avtomobili ilə Türkiyə vətəndaşına məxsus “Nissan” markalı minik avtomobili toqquşub. Qeyd edək ki, qəza nəticəsində Şəmkir rayon sakini 1990-cı il təvəllüdlü Ə.İsmayılov hadisə yerində ölüb, 2001-ci il təvəllüdlü Q. İsayev xəsarət alıb.   *** saat 11.49 Bu gün saat 09:05 radələrində yol-nəqliyyat hadisəsi nəticəsində 1990 və 2001-ci il təvəllüdlü 2 nəfər (kişi cinsli) Şəmkir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Bu barədə APA-ya TƏBİB-dən bildirilib. Qeyd edilib ki, şəxslərə ilkin zəruri tibbi xidmətlər göstərilib. 2001-ci il təvəllüdlü şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən öz istəyi ilə ambulator müalicə üçün evə buraxılıb. Vəziyyəti ağır qiymətləndirilən 1990-cı il təvəllüdlü şəxsin isə aparılan reanimasiya tədbirlərinə baxmayaraq, saat 09:14-də ölüm faktı qeydə alınıb. *** saat 10.43 Şəmkirdə ölümlə nəticələn yol qəzası baş verib. APA nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan iki minik avtomobili toqquşub. Qəza nəticəsində rayon sakini 1990-cı il təvəllüdlü Ə.İsmayılov hadisə yerində ölüb, 2001-ci il təvəllüdlü Q. İsayev xəsarət alıb. Faktla bağlı araşdırma aparılır. Şəmkirdə iki minik avtomobili toqquşub, ölən var - FOTO - YENİLƏNİB-2 Şəmkirdə iki minik avtomobili toqquşub, ölən var - FOTO - YENİLƏNİB-2 Şəmkirdə iki minik avtomobili toqquşub, ölən var - FOTO - YENİLƏNİB-2

Bizə qoşulun