Britaniyalı qadın Daniela Liverani bir ay ərzində onun qanını sovuran zəlidən danışıb.
Medianews.az xəbər verir ki, onun hekayəsi barədə The Guardian yazıb.
Qadın Vyetnamda tətildə olarkən parazit onun burnuna girib. Səfərdən qayıtdıqdan sonra qız tez-tez burnundan qanaxma olduğunu görüb. O, hətta həkimə də gedib, lakin həkim narahat olmaq üçün bir əsasın olmadığını deyib.
Qanaxmanın səbəbi yalnız bir ay sonra aydın olub. Qız güzgüdə görüb ki, burnunda nəsə var. Yaxından baxdıqdan sonra onun zəli olduğunu başa düşüb. Həmin gün o, dostu Cenni ilə görüşüb tapıntını ona göstərib. Qız bildirib ki, Cenni əvvəl onun dediklərinə inanmayıb. Lakin özü baxdıqdan sonra zəlili görüb.
Həkimlər zəlini çıxarmaq üçün 30 dəqiqə çalışdılar və nəhayət müvəffəq olana qədər bir çox aləti sınadılar.
“Onlar mənə bu qıvrılan zəlini göstərəndə kabus kimi idi. O, barmağımdan uzun idi”, – deyə Danilela bildirib.
“İndi, on il sonra, mənim və zəli ilə baş verən bu hadisə, adətən yeni biri ilə tanış olanda danışdığım bir hekayəyə çevrildi. Hətta kimsə mənə LinkedIn-də yazıb bu barədə soruşub. Deməli, mən zəlidən fiziki olaraq xilas olsam da, məcazi mənada desək, o, yenə də məndən qurtulmaq istəmir. Amma onu çıxartdıqlarına çox şadam”, – deyə qız dediklərini yekunlaşdırdı.
Medianews.az