“Həftədə 12 yumurta yesəniz belə, toyuq yumurtasının heç bir zərəri olmayacaq”
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, bunu diyetoloq və endokrinoloq Zuxra Pavlova deyib.
O, Amerika Kardiologiya Kollecinin son araşdırmasına istinad edib, hansında ki, ürək xəstəliyi və ya onun inkişaf riski yüksək olan 140 nəfəri əhatə edib. Bəzi iştirakçılar demək olar ki, heç bir yumurta yeməyib, digərləri isə həftədə ən azı 12 yumurta yeyiblər. Təcrübənin bir neçə ayı ərzində hər iki qrupdakı xolesterol səviyyələri təxminən eyni olub.
“Tədqiqat iştirakçıları yalnız zənginləşdirilmiş yumurta yeyiblər. Onların tərkibində daha az doymuş yağ olsa da, daha çox vitamin və minerallar – yod, D vitamini, selenium, B2, 5 və 12 vitaminləri, omeqa-3 var”, – Pavlova bildirib.
Eyni zamanda həkim heç bir qidadan, hətta yumurta kimi sağlam bir şeydən də sui-istifadə etməməyi tövsiyə edib. Onları hər gün və bir dəfəyə ikidən çox yeməyi məsləhət görüb. “Yumurta çox yüksək kalorili məhsuldur və onun nəzarətsiz istehlakı çəki artımına, daha sonra yağ toxumasının sistemli iltihabına və daha sonra birbaşa yumurtanın tərkibində olan xolesterinin iştirakı olmadan da qan damarlarında lövhələrin əmələ gəlməsinə səbəb ola bilər. Yeməklərin müxtəlifliyini də unutmaq olmaz”, – deyə o, yekunlaşdırıb.
Medianews.az