Kareliya Respublikasının paytaxtı Petrozavodskda Qaqarin meydanı vətəndaşları və turistləri qorxudur.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, şəhərin mərkəzi meydanının çınqılla örtülmüş hissəsi voqzala getmək və ya oradan qayıtmaq üçün olan keçidi bağlayır.
“Piter İnn” otelinin yaxınlığındakı Krasnoarmeyskaya küçəsinin səkisinin bir hissəsi çınqılla örtülüb və tutulub. Məlumata görə, qazılmış Qaqarin meydanı borular çəkildikdən sonra vaxtında bərpa olunmayıb.
Qeyd edək ki, hazırda Şotman küçəsinin Qaqarin meydanı yaxınlığındakı hissəsində yol işləri aparılır. Yolun bir hissəsi qazılıb, hərəkət sxemi dəyişdirilib.
Medianews.az