İyulun 9-11-də Vaşinqtonda keçiriləcək NATO sammitində Ukraynaya dəstək əsas müzakirə mövzularından biri olacaq.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış danışıb.
“Ukraynanın dəstəyi danışıqların əsas məqamlarından biri olacaq”, – deyə o bildirib.
Kosiniak-Kamış əlavə edib ki, alyans üzvləri hərbi xərclərin səviyyəsi ilə bağlı öhdəlikləri də müzakirə edəcəklər.
Medianews.az