Permdə taksi sürücüsü avtomobilinin qapısının dəstəyini qoparan müştərini döyüb.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, iş məhkəməyə gedib.
Sərxoş sərnişin avtomobilin qapısının dəstəyini sındırıb və sürücüyə onu özü təmir edəcək deyə bildirib. O, evədən alətləri götürüb gəlib amma heç nəyi düzəldə bilməyib. Hər iki şəxs arasında mübahisə yarandıqdan sonra sürücü sərnişinə hücum edib.
Sürücü, sərnişinin ayağını sındıraraq dişini çıxarıb, sonra sükan arxasına oturub və avtomobili qurbanın üzərinə sürüb. Daha sonra isə, qaçıb.
Yerli məhkəmənin mətbuat xidmətinin məlumatına görə, bu cür “xidmətə” görə taksi sürücüsü iki il ümumi rejimli koloniyada qalacaq.
Medianews.az