Rusiyanın Anapa bölgəsində tutuquşu onunla şəkil çəkdirmək istəyən turisti dişləyib.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, quşların hücumu nəticəsində yaralanan turist hadisə barədə polisə məlumat verib.
Bundan sonra polis quşla çəkiliş üçün pul alan sahibkarı yoxlamaq qərarına gəlib. Məlum olub ki, onun heyvana dair lazım olan sənədləri yoxdur. Nəticədə tutuquşu götürülərək yerli zooparka təhvil verilib.
Medianews.az