Ukrayna prezidenti Volodimir Zelenski Bloomberg-ə müsahibəsində Macarıstanın baş naziri Viktor Orbanın münaqişənin həlli ilə bağlı Rusiya ilə danışıqlara başlamaq üçün atəşkəs təklifini niyə rədd etdiyini açıqlayıb.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, Zelenski qeyd edib ki, o, Orbana Ukraynanın müharibə vəziyyətində olduğunu və yalnız atəşkəsdən danışa bilməyəcəyini açıq şəkildə izah edib.
Eyni zamanda, Ukrayna lideri etiraf edib ki, atəşkəs razılaşması “liderlərinə etimad edilən ölkələrin iştirakı ilə aydın beynəlxalq platformada” əldə olunarsa, Kiyev bu təkliflə razılaşa bilər.
Bundan əlavə, Zelenski qeyd edib ki, atəşkəsdən sonra nəyin baş verəcəyi ilə bağlı dəqiq plan olmalıdır, əks halda bu, “münaqişənin sona çatması deyil, dondurulması demək olacaq”.
Xatırladaq ki, bir qədər əvvəl Viktor Orban Kiyevə səfər etmiş və brifinqdə Zelenskiyə atəşkəslə razılaşmağı təklif etdiyini bildirmişdi. Zelenskinin özü mətbuat konfransı zamanı bunu qeyd etməyib, lakin Ukrayna prezidentinin aparat rəhbərinin müavini İqor Jovkva Ukrayna telemarafonunda Orbanın təklifinin rədd edildiyini bildirib.
Medianews.az