Rusiyanın subyektlərindən olan Udmurtiya Respublikasında nəzarətsiz qalan 4 uşaq mənzili yandırıb.
Medianews.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hadisə Qlazov şəhərində baş verib. Ata işə gedərkən dörd yaşlı əkiz uşaqları dostunun evinə qoyub. Qadın məsuliyyətlə yanaşmayıb və uşaqları qoyub yatmağa gedib.
Baxımsız qalan dörd yaşlı uşaq alışqan tapıb və ütü masasının üzərindəki çamaşırları yandırıb. Xoşbəxtlikdən yanğın zamanı xəsarət alan olmayıb. Hər kəs tez bir zamanda mənzili tərk edə bilib.
Yanğın 14 kvadratmetr sahədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən söndürülüb.
Medianews.az