Başqırdıstanın Sterlitamak şəhərində dəhşətli qaz partlayışı baş verib.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, ikisi uşaq olmaqla 7 nəfər yaralanıb, Bir nəfər ölüb.
Hər şey iki uşaqlı qadının qapını açdığı anda baş verib. Kadrlarda qapının birbaşa qadının və körpəsi olan uşaq arabasının üzərinə uçduğu görünür.
Partlayışın ilkin səbəbi qaz sızması olub.
Medianews.az