Gəncədə yol hərəkəti qaydalarını kobud şəkildə pozan xanım sürücü cəzalandırılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətidən Medianews.az-a verilən məlumata görə, keçirilən müvafiq tədbirlər nəticəsində avtomobili idarə edən şəxsin kimliyi müəyyən edilib. Araşdırmalar zamanı şəxsin avtomobili sürücülük hüququ olmadan idarə etməsi müəyyən olunub.
Şəxslə profilaktik söhbət aparılaraq barəsində inzibati protokol tərtib olunub.
Araşdırmalar zamanı məlum olub ki, xanımın tanışı öz adına avtomobil icarəyə götürüb və xanıma bir neçə saatlıq sürməsi üçün verib.
Həmin şəxsin də kimliyinin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində araşdımalar davam etdirilir
09:23
Gəncədə yol hərəkəti qaydalarını pozan xanım sürücü özünü videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb.
Medianews.az avtosfer.az-a istinadla xəbər verir ki, sürücü Aysu Nurəliyeva idarə etdiyi 77-FB-782 qeydiyyat nişanlı “Chevrolet malibu” markalı avtomobillə manevr qaydalarını pozub.
Paylaşdığı videonun rəy bölməsində sürücülük hüququnun olmadığını və ona verilən suala cavab olaraq “day-dayılıq” edəninin olduğunu bildirib.
Xanım sürücü dəfələrlə “Rent a Car”dan bir sıra avtomobillər götürərək qayda pozuntuları törədib.
Həmin görüntüləri təqdim edirik: