Ağ Evin əməkdaşları liderin fiziki vəziyyətinin pis olması ilə bağlı xəbərlər fonunda ABŞ prezidenti Co Baydenin səhhətini müzakirə etmək üçün zəng etməyə hazırlaşır.
Medianews.az xəbər verir ki, bu barədə The Wall Street Journal (WSJ) məlumat yayıb.
“Ağ Evin Aparat rəhbəri Ceff Zientsin çərşənbə günü saat 12:30-da bütün işçilərlə zəngi var ”, – nəşrdə deyilir.
Nəşrin yazdığına görə, Zients Baydenin etibarlı adamlarından biri olmaqla, ABŞ Demokratik Partiyası üzvlərinin Amerika liderinə sadiqliyinə nəzarət edir və mühüm məmurların Baydenə münasibəti ilə bağlı ölkə daxilində “temperaturu ölçür”.
Bundan əlavə, Amerika prezidentinin komandası “panikaya düşmüş” konqresmenləri və sponsorları sakitləşdirmək üçün fəal cəhdlər etməyə başlayıb.
Medianews.az