BagelCatSprinkles ləqəbli Reddit istifadəçisi portalda içərisində xoşagəlməz görüntü olan konservləşdirilmiş balıq şəklini yerləşdirib.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, fotoda balıqdan əlavə olaraq, bankada konsistensiyası bilinməyən tünd uzunsov obyekt var.
“Bunu bəyənmirəm”, “Əminəm ki, balıq dərisidir”, “İyrəncdir”. Bu yeməkdə ət varmı? Yoxsa tuna balığı?”, “Deyəsən, tuna toxumu tapdın. Onları yerə əkin, gələn il ting alacaqsan”, “Paslanmış balıq qarmağına bənzəyir”, – şərhçilər nəşrin altında qeyd ediblər.
Nəşrin müəllifinə həmçinin FDA – ABŞ Qida və Dərman İdarəsi ilə əlaqə saxlamağı və insident barədə məlumat verməyi tövsiyə etdilər.
Medianews.az