Əməkdar artist Könül Kərimova estetik əməliyyatlar etdirməsi barədə açıqlama verib.
Medianews.az xəbər verir ki, müğənni bir çox estetik əməliyyatlar etdirsə də, bədən şəkilləndirmə əməliyyatı ilə bağlı heç bir planının olmadığını açıqlayıb.
“Hələ ki, bu barədə düşünmürəm, uzaqbaşı o balondur-nədir ondan qoyduraram, amma şəkilləndirmə əməliyyatı düşünmürəm. Etdirənlərə də pis baxmıram, gözəllikdir də, burda nə var ki. Amma hər şey həddində olanda gözəl görünür. Sadə və təbii. Mənimsə canım çıxar, idmana başlayaram yenidən”, – deyə sənətçi yaxın günlərdə tamaşaçılarına sürpriz edəcəyini də bildirib.
Medianews.az