İtaliyanın Savoya şahzadəsi Emanuele Filiberto taxt-taca çıxmaq hüququndan imtina etdiyini açıqlayıb.
Medianews.az xəbər verir ki, bundan sonra Emanuele Filibertonun qızı Şahzadə Vittoriyanın 19 yaşında taxta çıxmasına yol açılıb.
London Universitetində politologiya və incəsənət tarixi fakültələrində təhsil alan 19 yaşlı Vittoriyanın monarxiyaya yeni perspektiv gətirəcəyi güman edilir. Bu dəyişiklik qadın liderlərin artan tendensiyasına uyğun olaraq qadın varislərə taxt-taca icazə verən qanunların dəyişdirilməsindən sonra baş verib.
50 yaşlı şahzadə model qızının bu vəzifənin öhdəsindən gələcəyinə və monarxiyaya yeni perspektiv gətirəcəyinə inanır. Emanuele qızının qabiliyyətinə inandığını bildirib və qeyd edib ki, gənc nəsil yeni və müasir ideyaları həyata keçirmək imkanlara malik olmalıdır.
Medianews.az