Kareliya Respublikasında 9 yaşlı qıza təcavüz edən pedofil məhkum edilib.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, hadisə 2023-cü ilin avqustunda gecə saatlarında baş verib.
37 yaşlı sərxoş kişi 9 yaşlı ögey qızının otağına daxil olub. Həmin an anası evdə olmayıb. İstintaq Komitəsi bildirir ki, kişi cinsi xarakterli digər hərəkətlər edib.
Qız dərhal anasına hər şeyi danışıb və o, öz növbəsində polisə müraciət edib. Pedofil günahını tamamilə etiraf edib. Məhkəmə qərarına əsasən, onun 12 il müddətinə ciddi rejimli koloniyada cəza çəkməsi gözlənilir.
Medianews.az