Türkiyənin Malatya vilayətində 23 Aprel Milli Suverenlik və Uşaqlar günündə qalmaqallı hadisə yaşanıb.
Medianews.az xəbər verir ki, bələdiyyə işçisi olduğu bildirilən şəxs 3-cü sinif şagirdi Talha Ş.-ni təpikləyib.
Hadisə anbaan kameraya düşüb. Şagirdin ailəsi həmin bələdiyyə işçisi ilə bağlı polisə şikayət edib.
Saxlanılan Mustafa H. polis şöbəsində dindirildikdən sonra məhkəmə tərəfindən sərbəst buraxılıb. Hadisə ilə bağlı istintaq davam edir.
Medianews.az