ABŞ-da təxminən 23 il əvvəl bir tanışının həbsxanadan qaçmasına kömək etmək məqsədilə iki 19 yaşlı mühafizəçini güllələyərək öldürən məhkum Maykl Tisius çərşənbə axşamı axşam edam edilib.
Medianews.az xəbər verir ki, Tisiusun son sözləri gündəm olub.
“Daha yaxşı bir insan olmaq üçün əlimdən gələni etdim. Sona gəldiyim üçün çox üzgünəm”, -deyə edam edilən Tisius bildirib.
Qeyd edək ki, Ali Məhkəmə Tisiusun qətlləri törətdiyi zaman cəmi 19 yaşı olduğu üçün onun əfv olunması ilə bağlı iddianaməni rədd etmişdi.
Medianews.az