Dünyaca məşhur aktyor, Hollivud ulduzu Al Paçino dördüncü övladının yolunu gözləyir.
Medianews.az xəbər verir ki, 8 aylıq hamilə olan Nur Əlfallanın bir neçə həftədən sonra Al Paçinonun övladını dünyaya gətirəcəyi təsdiqlənib.
83 yaşlı Oskar mükafatçısının üç övladı var və 2022-ci ildən bəri 29 yaşlı Nur Əlfalla ilə münasibətdə olduğu deyilir. Yaşlı aktyor daha əvvəl atalığı çox sevdiyini və övladlarının həyatında fəal rol almasının ona çox böyük töhfələr verdiyini bildirmişdi.
Nur Əlfallanın da varlı bir ailədən olduğu bildirilir.
Qeyd edək ki, Al Paçinonun 3 övladı: 33 yaşlı qızı Culi Paçino, 22 yaşlı əkizləri – Oliviya Paçino və Anton Ceyms Paçino var. Al Paçino heç vaxt rəsmi nikahda olmayıb.
Medianews.az