Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev mayın 1-də rusları təbrik edib.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, o, Rusiya zavodlarının “düşmənlərimizin titrədiyi” nəhəng silahlar istehsal etdiyini söyləyib.
“Silah əvəzində deyil, rusların firavan həyatı üçün lazım olan hər şeylə birlikdə istehsal olunur”, – Medvedev VKontakte səhifəsində bildirib.
O, bəyan edib ki, Rusiyada qələbə üçün lazım olan hər şey var: yüksək texnoloji potensial, iş təcrübəsi, rusların dözümlülüyü və gücü, onların ölkəyə sədaqəti, dərin tarixi yaddaşı və dəqiq hədəfləri.
Medianews.az