Rusiyanın Yekaterinburq şəhərində bağça müəllimi uşağı skamyadan yerə yıxaraq təpikləyib.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, hadisə, müəllimin uşaqların oturduğu skamyanı silmək istədiyi zaman baş verib.
Lakin o, onlardan ayağa qalxmalarını istəmək əvəzinə, onlardan birini təpikləyib, digərlərinin qolundan dartıb.
Hadisə şahidi tərəfindən lentə alınıb və video “112” teleqram kanalında yerləşdirilib. Bildirilir ki, asayiş keşikçiləri səs yazısından xəbər tutub və bağçada yoxlama aparacaqlar.
Medianews.az